Yankoviçin vəziyyəti açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” ilə keçirilən oyunda (3:2) zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin durumu ciddi deyil.
Adalet.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, yarımmüdafiəçi ilə bağlı hər şey qaydasındadır: “Sadəcə o, dünən bir az yorulmuşdu”.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

"İndi qələbənin dadını çıxarmaq istəyirik" - Elvin Cəfərquliyev
