Yağış yağacaq
Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Adalet.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.
Digər Xəbərlər
31 Oktyabr 2026 11:09
Şahdağa qar yağıb - Faktiki hava
31 Oktyabr 2026 00:08
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - VİDEO
30 Oktyabr 2026 17:13
Paytaxtın hansı ərazilərində evlər sökülə bilər? - AÇIQLAMA
30 Oktyabr 2026 16:04


Bakı -°C

