"Efir ciddi güzgüdür və istəsən belə simanın əslini gizlədə bilmirsən"
"Efir ciddi güzgüdür və istəsən belə simanın əslini gizlədə bilmirsən. Özün hiss etməsən də, səmimiyyətin və ya qeyri səmimiyyətin həssas tamaşaçının gözündən yayınmır".
Adalet.az xəbər verir ki, bunu məşhur aparıcı Rövşanə Ağasəfqızı deyib.
Aparıcı bildirib ki, yüz don geyin, min aksesuar tax, makiyaj yox qrim edib boyansan belə varlığının xislətini ört-basdır edə bilməyəcəksən:
"Telefonu əlinə alıb min ünvanda nəsə çəkib ağıllı və ya səmimi görünməyə iddialı ola bilərsən. Əmin ol, qaşının oynaması, gözünün süzülməsi, dodağının tərpənişi belə gözdən yayınmır. Çılpaqlığı ilə mənzərə aydındır kimsən, necəsən, hardan hara gəlmisən. Az maskalan, sən kameranı yox, kamera səni fəth edir. Hətta təslim edir".
Aparıcı deyib ki, uğur bəlkə şansdır, bəlkə zəhmətdir, bir az qismətdir, lap alın yazısıdır:
"Karyera bitəcək, pul tükənəcək, iş axsayacaq.Mənə görə uğurdürüstlükdür, bütövlükdür, vəfadır, sahib olmağı bacarmaqdır…Sevdiyinə, doğmana, dostuna, peşənə vəfa, sözünə bütöv, xarakterin mükəmməl cizgisi uğurun qızıl açarıdır.
Həyatda nə çox yarımçıqlar efirdə, telefon kamerası önündə bütövuüoynayanlar, maskası cırılıb, lüt qalanlar, oynamaqdan yorulmayanlardır. Bax əsl rəzalət budur. Oynamaq demişkən yaxşı tamaşa olsa, idi gedib baxardım. Uğursuz artistlik edənlərdən yorulduq".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Noyabr 2025 18:00
Röya konsertində futbola baxan tamaşaçını təpiklədi - VİDEO
01 Noyabr 2025 15:05
Maykıl Cekson Fondu cinsi istismar iddialarını ört-basdır etmək üçün 2,5 milyon dollar ödəyib
31 Oktyabr 2025 17:15
Fədayə Laçına cin girdi
31 Oktyabr 2025 15:55
Murat Kekilli - Bu akşam ölürüm - VİDEO
31 Oktyabr 2025 14:24
İbrahim Tatlısəs oğluna elektron bilərzik taxdırdı - FOTO
30 Oktyabr 2025 16:23
Arzu Mirzəyeva: “Səmavi Nəfəsdən gözəl oxuyur”
30 Oktyabr 2025 15:12
Mənzurə Musayeva sirkə içib, xəstəxanalıq oldu
30 Oktyabr 2025 13:35


Bakı -°C

