Xüsusi nümayəndə: Ağdam şəhərində hazırda 10 minə yaxın şəxs yaşayır

“Ağdamın üç kəndinə köç başlayıb. Ağdam şəhərinə köç olmasa belə şəhər ərazisində 10 minə yaxın əhali yaşayır".
Adalet.az xəbər verir ki, bunu bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən konfransda çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O, həmçinin ərazilərdə aparılan minatəmizləmə işləri ilə bağlı məlumat verib: "Ağdam rayonunun 51,24, Füzuli rayonunun 67,76, Xocavənd rayonunun isə 7,56 faiz hissəsi minalardan təmizlənib. Bundan başqa, bir sıra infrastruktur layihələri həyata keçirilib. Ümümi uzunluğu 593,7 kilometr olan 16 avtomobil yolu, ümumi uzunluğu 47,1 kilometr olan dəmiryol xətti, son səkkiz ay içində bir beynəlxalq hava limanı, 8 yarımstansiya, 4 su anbarı və 6 su kanalı, o cümlədən magistral qaz xətti inşa olunub".
Digər Xəbərlər

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTOLAR

Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı

Polis sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti gücləndirib

Liderlər və qızları şəkil çəkdirdilər - VİDEO

Ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Ombudsmana ən çox kommunallara görə müraciət edilib
