XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
Nazirlikdən Adalet.az-a bildirilib ki, Bakı Ekspo Mərkəzində "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" devizi ilə təşkil ediləcək builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.
Tədbirdə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrin görkəmli yazarları və elm adamları da iştirak edəcəklər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunmuş kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil ediləcək. Həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş platformalar fəaliyyət göstərəcək.
Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.
Digər Xəbərlər
31 Oktyabr 2026 13:04
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
30 Oktyabr 2026 18:45
Leyla Əliyeva Payız festivalında - FOTOLAR
29 Oktyabr 2026 22:00
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTOLAR
29 Oktyabr 2026 21:38
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib
29 Oktyabr 2026 13:32
Həmkarını gül yağışına tutan aktrisa
29 Oktyabr 2026 12:49
“İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28 Oktyabr 2026 12:58
Bakıda “Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisi açıldı - FOTOLAR
28 Oktyabr 2026 12:31


Bakı -°C

