Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib

Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib.
Bu barədə Adalet.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Çimərlik mövsümü ərəfəsində paytaxtın Sabunçu rayonu ərazisində vətəndaşlar tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə xidmət göstərmək məqsədini daşıyan sahilyanı təmizlik aksiyası keçirilib.
Sabunçu Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə xidmət edən çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş bu təmizlik aksiyasında qurumların əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.
Keçirilən aksiya Pirşağı qəsəbəsindəki ictimai çimərlik ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini çox sayda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyib və toplanan 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Digər Xəbərlər

Azad, abad Ağalı kəndimiz... - VİDEO

Əyriçayda suyun səviyyəsi 83 sm artıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

"Gündoğan ölkə"nin faciəli günü:18 jurnalisti udan cəhənnəm lavası

Deputatdan insanların kəndə qaytarılması üçün TƏKLİF

Laçın rayonunda yaşayanların sayı açıqlandı

Müştərilər qiymətdən, satıcılar isə alıcı azlığından şikayət edir - Qurbanlıq heyvanlar bahalaşdı - VİDEO
