Xəstənin yaşayış yerində epidemioloqun vəzifələri
“Epidemioloq xəstə ilə sıx təmasda olan bütün insanların siyahısını hazırlayır”.
Adalet.az xəbər verir ki, bunu Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Səbinə Nurullayeva deyib.
Onun sözlərinə, görə bu siyahıya ailə üzvləri, yaxın qohumlar, tez-tez evə gələn qonaqlar və hətta zəruri hallarda qonşular da daxil edilir:
“Bu şəxslərin hamısının müayinədən keçməsi üçün şərait yaradılır, lazım gəldikdə onların xəstəxanaya yönləndirilməsi təmin olunur. Əgər evdə uşaqlar, yaşlı insanlar və ya immun sistemi zəif olan şəxslər varsa, epidemioloq onların daha ciddi müayinə və nəzarətə götürülməsinə xüsusi diqqət ayırır. Bundan sonra epidemioloq ocaqda dezinfeksiya tədbirlərinin keçirilməsini təşkil edir. Xəstənin öskürməsi nəticəsində çirklənmiş səthlər, qablar, yataq dəsti və istifadə etdiyi əşyalar xüsusi məhlullarla dezinfeksiya olunur. Evin necə havalandırılması, təmizlik işlərinin necə aparılması, xəstənin bəlğəmini necə toplamalı olduğu və onun ətraf mühitə düşməsinin qarşısının necə alınmalı olduğu barədə ailəyə ətraflı izah verilir. Epidemioloq həmçinin xəstəyə və ailə üzvlərinə maskadan düzgün istifadə qaydalarını öyrədir, xəstənin ayrı otaqda qalmasının vacibliyini izah edir”.
S.Nurullayeva qeyd edib ki, epidemioloqun mühüm vəzifələrindən biri də xəstənin müalicə prosesinin necə getdiyini izləməkdir:
“O, xəstənin dərmanları vaxtında qəbul edib-etmədiyini, müalicəni yarımçıq qoyub-qoymadığını nəzarətdə saxlayır. Əgər xəstənin müalicədən yayınma riski varsa, epidemioloq əlavə izahlar verir, motivasiya edir və müalicəyə davam etməsini təmin edir. O, həmçinin xəstənin vəziyyətində hər hansı dəyişiklik baş verərsə, həkimə məlumat verməli və müvafiq tədbirlərin görülməsinə yardım etməlidir. Bütün bu məlumatların toplanması və tədbirlərin həyata keçirilməsi nəticəsində epidemioloq vərəm ocağının təhlükəlilik səviyyəsini qiymətləndirir və bu barədə rəsmi hesabat hazırlayır. Əgər risk yüksəkdirsə, təkrar müayinələr, əlavə dezinfeksiya və daha ciddi nəzarət tədbirləri planlaşdırılır. Beləliklə, epidemioloqun gördüyü işlər xəstəliyin ailə daxilində və ətraf ərazilərdə yayılmasının qarşısını almaqda əsas rol oynayır”.
Digər Xəbərlər
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 14:34
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15
SN-nin mütəxəssisi yuxu pozğunluğu və oynaq ağrıları arasındakı əlaqədən DANIŞDI
22 Dekabr 2025 10:34
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI
22 Dekabr 2025 09:46
Əhali arasında yayılan xəstəliyin səbəbi nədir? - Rəsmi açıqlama
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13


Bakı -°C

