Xəstəlik ocaqlarında nəzarət tədbirləri - SN-nin mütəxəssisi aydınlıq gətirir
“Xəstəlik ocaqlarında sanitar-gigiyenik və əksepidemik tədbirlər aparılır”.
Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam həyat” verilişində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova deyib.
Onun sözlərinə görə, yoluxucu xəstəlik aşkar edildikdə onun yayılmasının qarşısını almaq üçün həkim və ya tibb işçisi həmin halı dərhal yerli gigiyena və epidemiologiya mərkəzinə bildirir:
“Xəstə haqqında tam məlumat toplanır: yaşayış yeri, iş və təhsil yeri, xəstəliyin başlama tarixi, ilkin simptomlar və kimlərlə təmasda olduğu qeyd olunur. Bu məlumatlar əsasında epidemioloji araşdırma aparılır. Yoluxucu xəstəlik digər insanlara keçməsin deyə xəstə evdə və ya xəstəxanada təcrid olunur. Təcrid müddəti xəstəliyin növündən asılı olaraq dəyişir. Xəstə olan evdə və ya müəssisədə dezinfeksiya işləri aparılır. Xəstənin olduğu otaq, əşyalar, qab-qacaq və geyimlər xüsusi vasitələrlə dezinfeksiya olunur. Xəstə ilə təmasda olmuş şəxslər (ailə üzvləri, iş yoldaşları, sinif yoldaşları və s.) epidemioloji müşahidə altına alınır, lazım gələrsə analizlər verilir və ya profilaktik müalicə və ya peyvənd tədbirləri aparılır”.
A.İsmayılova bildirib ki, həmçinin əhali arasında maarifləndirmə işləri aparılır:
“Yoluxucu xəstəliklərin yayılma yolları, əllərin yuyulmasının və şəxsi gigiyenanın əhəmiyyəti, qida və suyun təmiz saxlanması və tibbi maskadan düzgün istifadə qaydaları izah edilir.
Eyni zamanda, yaşayış yerlərində sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması (zibilin vaxtında yığılması, su təmizliyi, kanalizasiya sisteminin işlək vəziyyətdə olması və s.) təmin edilir. Bütün tədbirlərdən sonra ocaqda epidemioloji vəziyyət qiymətləndirilir. Əgər yeni yoluxma qeydə alınmazsa, ocaq epidemioloji cəhətdən təhlükəsiz hesab olunur”.
Digər Xəbərlər
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 14:34
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15
SN-nin mütəxəssisi yuxu pozğunluğu və oynaq ağrıları arasındakı əlaqədən DANIŞDI
22 Dekabr 2025 10:34
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI
22 Dekabr 2025 09:46
Əhali arasında yayılan xəstəliyin səbəbi nədir? - Rəsmi açıqlama
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13


Bakı -°C

