04 Iyun 2025 12:16
209
DÜNYA

Xəsarət alanların sayı 118 nəfərə çatıb

RİA Novostinin məlumatlarına görə, Bryanski vilayətində maqistralda  körpünün uçması nəticəsində xəsarət alanların sayı 118 nəfərə çatıb.

 Xəbər verildiyi kimi, Rusiyanın Bryansk vilayətində körpünün uçması nəticəsində, körpünün altından keçən sərnişin qatarı relsdə çıxaraq qəzaya uğrayıb. Qəza nəticəsində 7 nəfərin öldüyü bildirilir.

 Rusiyanın İstintaq komitəsi hadisəni terror aktı kimi qiymətləndirib və faktla bağlı cinayət işi açılıb.

 Rüstəm Hacıyev