Xalq artisti Tofiq Bakıxanov vəfat etdi
Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib.
Adalet.az xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin ailəsindən məlumat verilib.
Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində doğulub.
İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas - skripka və bəstəkarlıq üzrə təhsilini davam etdirib.
1990-cı ildə Xalq artisti adı alan sənətçi Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif edilib.
Bəstəkar yarım əsrdən artıq Bakı Musiqi Akademiyasında pedoqoji fəaliyyətlə məşğul olub.
Dünya şöhrətli bəstəkarın yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edib.
O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.
Digər Xəbərlər
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17


Bakı -°C

