Xalq artisti: “Aktyor olduğum üçün atam məni danışdırmadı”
Xalq artisti Tariyel Qasımov illər əvvəl atası ilə münasibətindən danışıb.
Adalet.az xəbər verir ki, o, aktyor olduğu üçün atası onunla bütün əlaqələrini kəsdiyini bildirib:
“Mən aktyor olduğum üçün atam mənimlə əlaqələrini kəsdi. Anam Bakıya gəlib mənə dedi ki, atan deyir ki, Bədən Tərbiyəsi insitutuna qayıtsın. Əgər qayıtmasa, mənim o adlı oğlum yoxdur. Sözsüz ki, bu hadisə əhvalıma pis təsir etmişdi. Şahmar Ələkbərov mənim pis olduğumu anlamışdı. Nə baş verdiyini soruşdu. Hər şeyi ona danışdım. Məni evinə apardı. Tam 10 il onun evində yaşadım. Hətta Şahmar müəllimin həyat yoldaşı mənim üçün elçi getmişdi. Onun bu yaxşılığını necə unudum?
Təsəvvür edin ki, atam yenə də mənimlə danışmırdı. Ancaq xalq artisti olandan sonra atam məni bağışladı. Mənimlə barışdı”.
Əntiqə
Digər Xəbərlər
05 Iyun 2026 16:27
Mirələm Mirələmovun atası vəfat etdi
05 Iyun 2026 09:48
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
01 Iyun 2026 13:19
AKTYOR: “Onları inandırmaq çətin olsa da…”
28 May 2026 16:54
“Dolu” filmi və rejissor Elxan Cəfərov
28 May 2026 14:15
Moldovalı səfirin oğlu Şuşada “Şən Azərbaycan” oxudu - VİDEO
28 May 2026 09:10
79 illik ömrün musiqi xəritəsi: Dünyanı fəth edən azərbaycanlı - Aysel KƏRİM yazır
25 May 2026 19:37
Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ
22 May 2026 09:26


Bakı -°C

