“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi bir sıra yeni funksiyaları istifadəyə verib.
Adalet.az xəbər verir ki, yeniləmələr arasında iPad üçün müstəqil hesab yaratmaq imkanı, eləcə də avtomobillərdə tətbiqdən daha rahat istifadəni təmin edən funksiyalar yer alır.
Yeni dəyişiklik sayəsində artıq istifadəçilər "WhatsApp" hesabını birbaşa iPad üzərindən yarada biləcəklər. Bunun üçün əvvəlki kimi hesabı "iPhone" vasitəsilə qoşmağa ehtiyac qalmayacaq.
Bundan əlavə, "Apple CarPlay" və "Android Auto" inteqrasiyası da təkmilləşdirilib. Yenilənmiş funksiyalar sürücülərə əllərini sükandan çəkmədən zəng etmək, gələn mesajları dinləmək, səsli cavab göndərmək və zəng tarixçəsini idarə etmək imkanı yaradır.
Bu yeniliklərin istifadəçi təcrübəsini daha rahat və təhlükəsiz etməsi nəzərdə tutulur.
Digər Xəbərlər
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27


Bakı -°C

