Vuçiç: Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib
Azərbaycan son illərdə böyük inkişaf yolu keçib və Bakının dünyanın ən müasir şəhərlərindən birinə çevrilib.
Adalet.az xəbər verir ki, bu fikirləri Serbiya Prezidenti Aleksandar Vuçiç WUF13 forumunda çıxışı zamanı səsləndirib.
Vuçiç əvvəlcə Azərbaycan xalqına və forum təşkilatçılarına təşəkkür edib:
“Bakıda bizə göstərilən yüksək qonaqpərvərliyə və növbəti dəfə təşkil olunan möhtəşəm tədbirə görə təşəkkür edirəm”.
Serbiya Prezidenti Azərbaycan Prezidenti haqqında da danışıb:
“Mən hər dəfə Bakıya gələndə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycan xalqının və Prezident İlham Əliyevin ölkə naminə gördüyü işlər açıq şəkildə hiss olunur”.
Vuçiç qeyd edib ki, ölkədəki inkişafı kənardan gələn insanlar daha aydın görür:
“Xaricdən gələn insanlar dəyişiklikləri daha rahat görürlər. Son illərdə Azərbaycanın nə qədər böyük inkişaf yolu keçdiyini açıq şəkildə müşahidə etmək mümkündür”.
Prezident bu inkişafın əsas səbəblərindən birinin xalqın zəhmətkeşliyi və rəhbərliyin yanaşması olduğunu bildirib:
“Bu inkişaf sizin çalışqanlığınız və ölkəyə bağlılığınızın nəticəsidir. Amma İlham Əliyevdə bir xüsusiyyət var ki, o, bir çoxumuzdan fərqlənir. Bu, onun xalqına və ölkəsinə olan böyük sevgisi və ehtirasıdır”.
Vuçiç Bakının müasir görünüşünə də diqqət çəkib:
“Məhz buna görə Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi görünür”.
Digər Xəbərlər
18 May 2026 16:53
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - FOTOLAR
18 May 2026 16:51
"Heç kim məni istefaya çağıra bilməz" - Macarıstan prezidenti
18 May 2026 16:30
Si Cinpin WUF13-ün işinə uğurlar arzulayıb
18 May 2026 16:26
İlham Əliyevlə xanımının tədbirdən - FOTOLARI
18 May 2026 15:47
Bolqarıstan prezidenti: Şəhərlərin gələcəyi insanın mənzil hüququ ilə müəyyən olunur
18 May 2026 15:45
Prezident Kobaxidze ilə görüşdü
18 May 2026 15:44
Qırğızıstan Prezidenti: Dağ şəhərlərinin dayanıqlı inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir
18 May 2026 14:56


Bakı -°C

