VAQİF ASLANA TƏBRİK MƏKTUBU

Əziz qardaşım, dəyərli dostum, el ağsaqqalı Vaqif Aslan!
Çox hörmətli Vaqif müəllim, insan ömrü uzun bir yola bənzəyir. İstər istəməz müəyyən bir mənzildə ayaq saxlayır, arxaya baxır, irəliyə nəzər salır, qarşında uzanan yol haqqında düşünürsən. Bu bir növ insanın özünə hesabatı olsa da, ziyalının cəmiyyət qarşısında hesabatıdır. Məhz ,Vaqif Aslan da hələlik nə çox, nə də az bu 75 illik həyat yolunda şəxsiyyətinə layiq ləyqətli bir ömür yaşayıb, ad qazanmışdır.
Əziz qardaşım, ad günləri həm də hər bir insanın həyatında xüsusi və unudulmaz xoş bir an olaraq qalır. Bu gün siz yalnız 75 yaşınızın tamamlanmasını qeyd etmir, həm də dostlarınızın, sizi sevənlərin, yaxınlarınızın sizə olan sevgisini və diqqətini görür, qəbul edirsiniz. Həm də bu təbriklər Vaqif Aslana sevgi, dəyər, qayğı və diqqət hiss etdirməyin ən bariz üsullarından biridir. Ad gününüz , həm də keçən günlərinizin hesabatı və gələcəkdə görəcəyiniz işlərin qurulması üçün əlamətdar bir zamandır.
Hər bir insan göstərilənlərə nail olmaq, istədiyi məqsədlərə çatmaq üçün kifayət qədər iradəli olmalıdır. İradə elə bir insani keyfiyyətdir ki, o, istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə, dözümlülük, əziyyətlərə qatlaşmaq və hətta bəzən lazımsız istəklər üzərində qələbədir. Zəif iradəsi olan istedadlı insan heç nəyə nail ola bilməz. Məhz, əziz qardaşım Vaqif Aslan həm iradə, həm də fövqəladə istedad sayəsində öz yolunu tapmış, arzu və istəyinə qovuşmuş Azərbaycan ziyalılarının ən qabaqcıl nümayəndələrindən biridir.
Əziz qardaşım, qoy bu ötüşən günlər, ötən illər sizin gələcəyinizi əlinizdən almasın, heç zaman heç vaxt üzünüzdən qocalıq oxunmasın. Yubileyiniz mübarək, əziz qardaşım vaqif Aslan! Ulu tanrı həmişə sizə yar olsun!
İsmayıl Əliyev
Bakı Dövlət Universitetinin
professoru, kafedra müdiri
Digər Xəbərlər

Hüseyn Cavid: milli ruhlu müəllim, yaxud millət müəllimi

"Solovyov üçün cəhənnəmdəki VİP qazanda yer hazırlanıb" - Xalq yazıçısı Anarın açıq məktubu

Gücümüz birliyimizdədir! - Sabit Əzimov yazır

“İçimdə o qədər deyiləcək sözüm var ki...”

Arzu Əsəd: Bu ağır sınaq günlərində bir də ürəyimə gəldi

Vaqif Aslanın 75 illik yubileyi keçirildi

“Qarabağ Zəfərindən Turana doğru” antologiyasının təqdimatı keçirilib - FOTOLAR
