Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
Məşhur kahin Vanqanın 2026-cı illə bağlı olduğu iddia edilən proqnozları yenidən gündəmə gəlib. Həmin iddialar arasında III Dünya müharibəsinin baş verməsi, Rusiya ilə ABŞ arasında birbaşa qarşıdurma və Rusiyada hakimiyyət dəyişikliyi ehtimalları yer alır.
Adalet.az xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb.
Məlumata əsasən, Vanqaya aid edilən proqnozlarda ilin sonunadək dünyada ciddi geosiyasi dəyişikliklərin yaşana biləcəyi iddia olunur. Bu iddialardan biri də Rusiyada siyasi hakimiyyətin dəyişməsi və Vladimir Putinin prezidentliyinin sona çatması ehtimalıdır.
Bundan başqa, kahinə aid edilən proqnozlarda noyabr ayında bəşəriyyətin yerdənkənar sivilizasiya ilə təmas qura biləcəyi də irəli sürülür.
Qeyd edək ki, bu iddialar Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Moskva ilə Qərb arasındakı münasibətlərin gərgin olduğu bir dövrdə yayılıb. Vanqaya aid edilən bu proqnozların gerçəkliyi isə müstəqil şəkildə təsdiqlənməyib.
Digər Xəbərlər
31 Oktyabr 2026 10:52
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
30 Oktyabr 2026 11:25
Üç il boyunca qarnında "daş körpə" daşıdı
30 Oktyabr 2026 09:58
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
29 Oktyabr 2026 13:06
Rey Kərimoğlu: Ağdamlı günlər - VİDEO
29 Oktyabr 2026 07:02
Dünyaya ata olmaq üçün gələn 3 bürc
29 Oktyabr 2026 07:00
Evlərini satıb ömürlük səyahətə çıxmışdılar - Gəmi yolda qaldı
29 Oktyabr 2026 06:57
Yemək zamanı telefon istifadəsini qadağan edirlər
28 Oktyabr 2026 13:11


Bakı -°C

