“Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - VİDEO
Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin sakinləri küçələrində kanalizasiya xəttinin olmamasından şikayətçidirlər.
Adalet.az xəbər verir ki, onların sözlərinə görə, illərdir çirkab suların toplanması üçün həyətlərində quyular qazdırırlar. Lakin quyuların dolması nəticəsində tullantı suları küçələrə axır.
“Üç dənə quyu qazdırmışam, hərəsinə 700 manat pul vermişəm. Qoxudan, ağcaqanadların əlindən evdə oturmaq olmur. Mənim qazandığım elə buna gedib”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.
Onların sözlərinə görə, problem uzun illərdir davam edir və aidiyyəti qurumlara edilən müraciətlər nəticəsiz qalıb.
“Uşaqlar hamısı xəstəlik tutub. Bir dəfə nəvəmin biri düşmüşdü, dartıb çıxardım, 2 ay müalicə elətdirdim. Uşaqları məktəbə təmiz yola salıram, çirkin içində gəlib çıxırlar. Küçənin mikrobundan uşağın gözünə infeksiya düşüb. Dərdimizə əlac edən yoxdur”, – deyə başqa bir sakin əlavə edib.
Məsələ ilə bağlı Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Şəhriyar qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil.
Qeyd olunub ki, qəsəbənin tam və dayanıqlı içməli su təminatının, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması məqsədilə dövlət proqramı çərçivəsində müvafiq layihələndirmə işlərinin aparılması nəzərdə tutulub.
Qurumun məlumatına görə, layihələndirmə işləri başa çatdırıldıqdan və layihə sənədləri hazırlandıqdan sonra qəsəbənin müasir tələblərə cavab verən mərkəzləşdirilmiş içməli su və kanalizasiya infrastrukturu ilə təmin edilməsi istiqamətində zəruri tədbirlər görüləcək.
Daha ətraflı “Baku TV”nin süjetində:
Digər Xəbərlər
15 Sentyabr 2026 10:35
Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə indiyədək neçə nəfər məskunlaşıb?
15 Sentyabr 2026 08:11
Böyük Qayıdış: Qarabağın üç yaşayış məntəqəsi bu gün doğma sakinlərini qarşılayır
15 Sentyabr 2026 00:00
Azərbaycanda Bilik Günüdür
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35


Bakı -°C

