Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
2025–2026-cı tədris ilində Azərbaycan ali təhsil müəssisələrində dünyanın 120-yə yaxın ölkəsindən əcnəbi tələbə təhsil alıb.
Adalet.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) məlumat yayıb.
Bildirilib ki, Azərbaycanı təhsil üçün seçən tələbələrin coğrafiyası Asiya və Afrika ilə məhdudlaşmayıb.
Türkiyə, Çin Xalq Respublikası, Hindistan, Nigeriya, Pakistan, Somali, Uqanda və Ruanda ilə yanaşı, Böyük Britaniya, Almaniya, Niderland Krallığı, Bolqarıstan, Latviya və Litva kimi Avropa ölkələrindən, həmçinin ABŞ, Kanada, Meksika və Kolumbiyadan olan gənclər də Azərbaycan universitetlərində təhsil alıblar.
Cari tədris ili üçün də dünyanın müxtəlif regionlarından olan tələbələr Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunur və ölkəmizə gəlirlər.
Müxtəlif qitə və ölkələri təmsil edən gənclərin Azərbaycan universitetlərini seçməsi ölkəmizin ali təhsil məkanının beynəlxalq coğrafiyasının genişləndiyini göstərir.
“Study in Azerbaijan” çərçivəsində Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq auditoriyaya təqdim olunması, xarici tələbələr üçün mövcud təhsil imkanlarının tanıdılması və ölkəmizin beynəlxalq təhsil istiqaməti kimi mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
Digər Xəbərlər
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59
“Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam” - Şəhidin 6 yaşlı oğlu - VİDEO
15 Sentyabr 2026 10:56
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - VİDEO
15 Sentyabr 2026 08:59
124 min uşaq üçün ilk zəng çalınır
15 Sentyabr 2026 08:55
Firudin Qurbanov: Hazırda şagirdləri, tələbələri bir sıra çağırışlar gözləyir
15 Sentyabr 2026 08:52
Emin Əmrullayev: Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur
15 Sentyabr 2026 08:12
Nazirdən Bilik Günü münasibətilə TƏBRİK
14 Sentyabr 2026 17:51


Bakı -°C

