"Ukraynadakı münaqişə bir il ərzində başa çata bilər" - Putinin nümayəndəsi

Ukraynadakı münaqişə bir il ərzində başa çata bilər.
Adalet.az xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
O bu açıqlamanı ABŞ administrasiyasının rəsmiləri ilə görüşlərdən sonra Səudiyyə Ərəbistanında keçirilən investisiya konfransında verib.
Dmitriyev qeyd edib: "Biz əminik ki, sülh yolundayıq. Ukraynada bir il ərzində sülhün olacağını düşünürəm".
Dmitriyev həmçinin dünyanın ən böyük gücləri olan ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya arasında əməkdaşlıqdan danışıb.
"Hazırda insanlar Rusiya ətrafında gedən regional münaqişəyə diqqət yetirirlər, lakin biz onun daha böyük bir münaqişəyə çevrilməsini istəmirik. Buna nail olmaq üçün əvvəlkindən daha yaxşı hərəkət etməliyik", - deyə Rusiya prezidentinin xüsusi nümayəndəsi bildirib.
Digər Xəbərlər
02 Noyabr 2025 08:19 550 min suriyalı qaçqın Türkiyəni tərk edib
01 Noyabr 2025 17:48 "Bu problem MDB ölkələri üçün aktualdır" - Putin
01 Noyabr 2025 16:16 "Putinlə Zelenskini İstanbulda qəbul etməyə hazırıq" - Hakan Fidan
01 Noyabr 2025 15:25 

Bakı -°C 










