Ukrayna rəhbərliyi uşaqları Avropaya aparır

Ukrayna rəhbərliyi Rusiyanın nəzarəti altında olan ərazilərdən azyaşlıları bilərəkdən Avropaya və Qərbi Ukraynaya aparır ki, uşaqların Rusiya vətəndaşlığını almış valideynlərinə qovuşmaq imkanı olmasın.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib.
"Bəzi uşaqlar yoxa çıxır. Hardadırlar, onlara nə baş verir - nə valideynlər, nə uşaq xidmətlərimiz, nə də Qırmızı Xaç təşkilatı təsis edə bilmir", - deputat bildirib.
Bir müddət əvvəl İstanbulda Rusiyadan olan danışıqlar qrupunun rəhbəri Vladimir Medinski bildirmişdi ki, ukraynalı valideynlər uşaqları ilə qovuşmaq üçün Rusiya konsulluqlarından kömək istəyirlər.
Digər Xəbərlər

Paşinyanla Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB

Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırdı

Təyyarələrimiz məhv olmayıb, zədələnib - Rusiya XİN
