adalet.az header logo
  • Bakı -°C
16 May 2026 14:16
127
SİYASƏT
A- A+

“Xalqın içində olmaq, onunla sarılmaq insanı güclü edir”

“Məmurların əksəriyyəti efir, ekran üçün hazırlıqlı deyillər.İctimaiyyətlə isə ümumiyyətlə işləyə bilmirlər. Xidmət sahələrində olanlar isə xalq arasına çıxmağı çoxdan unudublar. Bir neçə müddətdir ki, bəzi sosial media kanalları rəhmətlik, Ümummili Liderin görüşlərindən parça -parça görüntülər yayırlar. Şərhlərini oxumamaq olmur. Xalqın içində olmaq, onunla sarılmaq insanı güclü edir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

“Problem əlbəttə ki, həmişə var, lakin Heydər Əliyevin içərisinə düşdüyü situasiyanı kimsə yaşamamışdı:

Məcburi köçkün düşərgələrinə gedir: evsiz, eşiksiz, ac, sussuz adamlara dövlətin o zaman sözdən başqa verəcəyi nəsə yox idi, amma onu edirdi.İndi həmin videoların şərhinə baxanda adamları başa düşmək olur. Çünki məmurlar xalqın qarşısında danlanır, fəaliyyətinə görə tənqid edilirdi. İndi nəinki tənqid etmək, məmur belə tapmaq mümkün olmur.Tapılanların isə ütülü sözləri öz əleyhlərinə çevrilir. Kommunikasiya münasibətdən, cavabdeh olduğun xidmət sahəsindən faydalanan insanlarla uğurlu əlaqədən keçir. İctimai fəaliyyətdən, unikal, yaradıcı, korporativ fəaliyyətdən keçir.Axı bunlar o qədər də çətin şey deyil”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN