Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs olundu

Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1994-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Kazan Anıl İbrahimin verilməsinə dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Adalet.az xəbər verir ki, Kazan Anıl ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına uyğun olaraq Kazan Anılın barəsində qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib
Digər Xəbərlər

Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

Ötən gün 5 ədəd avtomat aşkarlanıb

Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

DİN-dən növbəti əməliyyatlar - 27 kq narkotik vasitə aşkarlandı

Sərhəddə əməliyyat - 152 kiloqramdan artıq marixuana aşkarlandı

Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı

DİN və DSX əməliyyat keçirdi: Saxlanılan var - FOTO
