Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq - YENİLƏNİB

Suriya avqustun 2-dən etibarən gündəlik 3,4 milyon kubmetr qaz alacaq.
Adalet.az xəbər verir ki, bu barədə Suriyanın “Sana” agentliyi Suriyanın energetika naziri Məhəmməd əl-Bəşirə istinadən məlumat yayıb.
“Nazir təsdiq edib ki, avqustun 2-dən etibarən Suriya Türkiyə ərazisilə Azərbaycandan 3,4 milyard kubmetr qaz alacaq. Bu isə Suriyanın enerji sektorunu dəstəkləməyə yönəlmiş birgə əməkdaşlıq çərçivəsində təxminən 900 meqavat elektrik enerjisi istehsal edəcək", - məlumatda bildirilib.
Nazir vurğulayıb ki, bu addım elektrik şəbəkəsinin sabitliyinin artırılmasına kömək edəcək.
O qeyd edib ki, Suriya hökuməti enerji ehtiyaclarını təmin etmək üçün milli plan çərçivəsində bu tədbirlərin həyata keçirilməsini izləyir.
***
12:51
Türkiyə şənbə günündən etibarən Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri açıqlama verib.
Nazirin sözlərinə görə, təbii qazın Suriyaya nəqli Azərbaycandan tədarük olunan qaz hesabına həyata keçiriləcək və proses şənbə günündən başlanılacaq.
Digər Xəbərlər

Azərbaycan və Suriya potensial layihələri müzakirə etdi

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirir

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

"Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək" - Bayraktar

Azərbaycan qazının Suriyaya nəqlinə başlanıldı - VİDEO+FOTOLAR

Əhalinin kredit kartları almasına limit qoyulur

Azərbaycanda dövlətə ərzaq satışı ilə bağlı təkliflərin qəbuluna başlanıldı
