09 Iyul 2025 13:15
235
DÜNYA

Tramp final oyununu stadionda izləyəcək

ABŞ Prezidenti Donald Tramp ölkəsinin ev sahibliyi etdiyi klublararası dünya çempionatının final oyununu stadionda canlı izləyəcək.

Adalet.az  xəbər verir ki, bu barədə "NBC News" yüksəkvəzifəli administrasiya rəsmisinə istinadən məlumat yayıb.

Turnirin həlledici görüşü iyulun 13-də Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda keçiriləcək. Artıq finalın ilk iştirakçısı bəllidir. Yarımfinalda Braziliyanın "Fluminense" klubuna 2 cavabsız qolla qalib gələn İngiltərənin "Çelsi" komandası həlledici qarşılaşmaya vəsiqə qazanıb.

London təmsilçisinin finaldakı rəqibi bu gün keçiriləcək PSJ (Fransa) - "Real Madrid" (İspaniya) matçının qalibi olacaq.