Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.
Adalet.az xəbər verir ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.
"Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik", - qurumun məlumatında bildirilib.
Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.
Digər Xəbərlər
22 May 2026 17:52
Hikmət Hacıyev jurnalistlərə təşəkkür etdi
22 May 2026 17:44
WUF13 Bakıda bayraq endirmə mərasimi ilə başa çatıb - VİDEO
22 May 2026 17:13
Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürdü
22 May 2026 11:20
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22 May 2026 11:03
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
22 May 2026 10:50
WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir
22 May 2026 10:39
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
22 May 2026 10:36


Bakı -°C

