“Bu bayram Allaha yaxınlaşmağa dəvətdir”
“İslam aləminin geniş qeyd etdiyi Qurban bayramının da dərin fəlsəfi-əxlaqi məzmunu, çox gözəl mahiyyəti var, dostlar! Bu bayram, ilk növbədə, Yer üzünün əşrəfi sayılan, Allahın bütün varlıqlardan üstün yaratdığı, öz Ruhundan üfürdüyü, mələklərinə belə ona baş əyməyi əmr etdiyi İNSANın qurban kimi kəsilməsinə son verilən vəhşi bir adətin aradan qaldırılması tarixinin əbədiləşdirilməsi, yaddaşlara hopdurulması, İnsana öz ali kimliyinin xatırladılmasıdır!”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
“O, bildirib ki, bu bayram Allaha yaxınlaşmağa - yaxşılığa, xeyirxahlığa, mərhəmətə, ədalətli olmağa, yardımlaşmaya, ehtiyacı olana, darda qalana kömək göstərməyə çağırış, dəvətdir:
“Eyni zamanda, bu bayram yüksək imanın, sözünə və əhdinə vəfalılığın, sədaqətin Allah tərəfindən necə böyük qiymətə layiq görüldüyünü və mükafatlandırıldığını bizə ən gözəl şəkildə anladan mühüm bir hadisə, ayindir!Belə əziz bir gündə duamız odur ki, biz İbrahim (s.) imanında və vəfasında, İsmayıl (s.) səmimiyyətində və sədaqətində olmasaq da, onların soyundan olan sonuncu peyğəmbər Məhəmmədin (s.) göstərdiyi yeganə doğru yolla vahid ümmət şəklində yürüməyi hələ bacarmasaq da, elə onlara xatir, Allah bizim günahlarımızı bağışlasın və xalqımızı, həmçinin bütün İslam ümmətini bu çətin imtahanlarından üzüağ çıxarıb, mükafatlandırdıqlarından qərar versin!Kəsilən qurbanlarımızın günahsız insan qanının töküldüyü bütün müharibələri dayandırması və İnsanımızın həqiqi dəyərini alması diləyilə, bayramınız mübarək, dostlar!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 May 2026 20:46
FHN əhaliyə müraciət etdi
28 May 2026 19:28
AzVP rəhbərliyi "İstiqlal" abidəsini ziyarət edib
28 May 2026 17:27
Nazir Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
28 May 2026 16:25
Bayram günü nə qədər qurban kəsilib?
28 May 2026 16:22
Temperatur 6 dərəcə enəcək, güclü külək əsəcək - YENİLƏNİB
28 May 2026 15:22
"Bu gün biz rahat yaşayırıq" - İlham Əliyev
28 May 2026 14:23
İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb - FOTOLAR
28 May 2026 10:08


Bakı -°C

