adalet.az header logo
  • Bakı -°C
28 May 2026 11:41
99
SİYASƏT
A- A+

“İran ABŞ ilə danışıqlarda maraqlıdır və razılaşma əldə etməyə çalışır”

“ABŞ ilə İran arasında razılaşma memorandumunun imzalanmasına az qalmış Vaşinqton İrana zərbələr endirib. Rəsmi Tehran zənginləşdirilmiş urani Çinə verməyə razılaşıb. İran xarici işlər naziri və və digər yüksək vəzifəli şəxslər razılaşmalari müzakirə etmək üçün Qətərə səfər edib”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“ABŞ son razılaşmaya yaxınlaşanda hücum edir. Görünür, Vaşinqtonun digər tələbələri var. Məhz İran rəsmiləri ona görə deyir ki, ABŞ etibar etmirik. Qeyd edim ki, müharibənin ən mürəkkəb vəziyyətində İran ABŞ tabe olmadı. Hörmüz boğazına tam nəzarət etməklə Vaşinqtonu mürəkkəb geosiyasi vəziyyətə saldı. Atəşkəs rejimi və danışıqların intensivliyi vaxtında Vaşinqtonun zərbəsi prosesi poza bilər. ABŞ İranda rejimi dəyişə bilmədi. Bunu əvvəldən qeyd edirdik. Hörmüz boğazını da hərbi yolla aça bilmir. İran ABŞ ilə danışıqlarda maraqlıdır və razılaşma əldə etməyə çalışır. Çünki, ölkənin iqtisadi vəziyyəti böhrana gedir. Sosial vəziyyət ağırlaşır. Tərəflər arasında memorandumun imzalanması mümkün görünür”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN