adalet.az header logo
  • Bakı -°C
02 Noyabr 2025 15:46
107
GÜNDƏM
A- A+

Abonentlər niyə pul ödəmək istəmir?!    

Hər abonent istifadə etdiyi qazın, işığın, suyun və istiliyin pulun ödəməyə borcludur. Qazın, işığın, suyun pulun çoxları ödəyir.Kimsə, buların pulun ödəməyəndə bir neçə gündən sonra adını çəkdiyimiz enerjilərin nəqli dayandırılır. Amma istilik pulu ödəməyən abonentlərin isə istiliyini kəsmək elə də asan deyil.

Gərək onda bir blokun istiliyini kəsəsən. Bax onda qurunun oduna yaşda yanır. Yəni pul ödəyən adamaların da istiliyi verilmir. Bu isə ədalətsizlikdir. Bu gün " Azəristiliktəchizat" əksər abonentlərin borcu var ! Özü də bu borc 20 manat deyil, 30 manat deyil.Elə adamlar var ki, 600- 700 manat və daha çox borcu var.Lakin bu borcu ödəmək istəmirlər. Məsələn , bizim yaşadığımız Yeni Günəşlidə ki,13 nömrəli binada 144 evdən yüzünün borcu var.

İstilik idarəsindən onlara nə qədər  xəbərdarlıq edilsə də yeni imkanlı adamlar belə bir manat da olsun belə pul vermirlər. Həyətdə üç avtomobili var, iki- üç yerdə mənzili var, ancaq istilik pulun vermək istəmirlər.Hansı ki, istilik pulu verilsə, " Azəristiliktəchizat" da digər qurumlara olan borcların ödəyər və əməkdaşların maaşını verər! Əgər əvvələr mənzildə bir kvadratmetri  görə 15 qəpik ödənilirdisə, bu mövsümdən 45 qəpik veriləcək! Ona görə də, hər bir abonent " Azəristiliktəchizat" a olan borcunu ödəməlidir ki, mənzilinə normal istilik verilsin! Əks - təqdir də borclu abonentlər bu qış problem yaşamalı olacaqlar!!!

Emil Faiqoğlu