“3+3 formatının reallaşmasına ABŞ icazə verməyəcək”

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin təşəbbüsü ilə Cənubi Qafqazda iqtisadi əməkdaşlığı nəzərdə tutan “3+3” formatı — yəni Azərbaycan, Türkiyə, İran, Rusiya, Ermənistan və Gürcüstanın birgə platforması — gündəmə gətirildi. Hərçənd bu ideya regionda müəyyən dövrdə aktuallıq qazansa da, hazırkı şəraitdə onun reallaşması mümkün görünmür”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, əgər 2020-ci ildə regiondakı vəziyyət fərqli idisə, bu gün Cənubi Qafqazda yeni siyasi konfiqurasiya formalaşıb:
“O dövrdə Rusiya bölgədə əsas oyunçu idi və Üçtərəfli Bəyannamə (10 noyabr 2020) hələ də qüvvədə idi. ABŞ isə region proseslərində passiv rol oynayırdı. Lakin bu ilin 8 avqustunda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Zəngəzur dəhlizinin -TRİP marşrutu açılması və sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı oldu. Bu razılaşma ilə ABŞ bölgədə həm siyasi, həm də iqtisadi təsir imkanlarını artırmağa nail olub”.
Politoloq bildirib ki, Gürcüstan Rusiyanın iştirakına etiraz olaraq “3+3” formatına qoşulmaqdan imtina edib:
“Hazırkı şəraitdə isə ABŞ nə Rusiya, nə də İranın bu platforma çərçivəsində Cənubi Qafqazda fəallaşmasına müsbət baxacaq. ABŞ-nin Zəngəzur dəhlizi -TRİP marşrutu üzərində təsir imkanlarını artırması, onun regionda yeni iqtisadi və nəqliyyat xəttini idarəetməyə başlaması deməkdir. Bu isə Rusiya və İranın Cənubi Qafqazdakı strateji mövqelərinin zəiflədilməsinə yönəlib. Demək olar ki, “3+3” formatı öz funksionallığını itirib. ABŞ-nin regiondakı artan rolu və yeni geosiyasi reallıqlar fonunda bu formatın dirçəldilməsi və ya yeni əməkdaşlıq modeli kimi aktuallaşması real görünmür. Ermənistan xarici işlər naziri A. Mirzoyan "3+3" formatının Yerevan və Bakıda növbəti iclasının keçirilməsini qeyd edib. Sadəcə, erməni tərəfi çalışır ki, bununla Azərbaycanla yaxınlaşma siyasəti aparsın”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
 31 Oktyabr 2025 17:33
 31 Oktyabr 2025 17:33 Sahibə Qafarova Misirə gedəcək
 31 Oktyabr 2025 17:10
 31 Oktyabr 2025 17:10 Hikmət Hacıyev: Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək
 31 Oktyabr 2025 16:55
 31 Oktyabr 2025 16:55 Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edib - YENİLƏNİB
 31 Oktyabr 2025 14:35
 31 Oktyabr 2025 14:35 Zakir Həsənov Qazaxıstanda səfərdədir
 31 Oktyabr 2025 13:37
 31 Oktyabr 2025 13:37 "Bu, Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək" - Deputat
 31 Oktyabr 2025 12:03
 31 Oktyabr 2025 12:03 Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyənləşir
 31 Oktyabr 2025 11:54
 31 Oktyabr 2025 11:54 "Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur" - Deputat
 31 Oktyabr 2025 11:52
 31 Oktyabr 2025 11:52 

 Bakı -°C
 Bakı -°C 






