Müəllimlər niyə beş ildən bir...

Vallah, mənim Azərbaycan müəllimlərinə lap yazığım gelir. Yazıqlar yüz əzab əziyyətlə pul qazanır, onu da burunlarından tökürlər. Müəllimə bu qədər də əziyyət, istirab vermək olar? Allah and olsun ki, bu, ədalətsizlikdir.
Onlar diaqnostik qiymətləndirmədən keçiblər, sertifikasiya imtahanından keçiblər, müsahibədən keçiblər! Bəs eləmir? Görünür, kimlərsə müəllimlərə əziyyət verməkdən zövq alırlar! İndi də deyirlər ki , bəs müəllimlər yenə sertifikatsiya imtahanından keçməlidir və bu proses beş ildən bir təkrar olunmalıdır. Yeni 2022- çi ildə sertifikasiya imtahanları verənlər 2027 - çi ildə yenidən imtahan verməlidir.
Axı onlar ötən imtahanlarda yüksək nəticə göstəriblər.Yenidən onların imtahan verməyə nə ehtiyac! Və bir də ötən illərdə imtahandan "kəsilən" nə qədər müəllimlər oldu. Minlərlə müəllim işdən azad edildi. İmtahan həyəcanından, şəkər, ürək xəstəliyinə tutulanlar oldu.
Qoy o imtahanı bir dəfə də Elm və Təhsil Nazirliyinin yüksək vəzifəli şəxslər versin! Onda bilərlər ki, imtahan həyəcanı nə deməkdir! Düzdür, müəllimləri imtahandan keçirmək olar, tay beş ildən bir yox! Ən yaxşı halda on beş ildən bir! Və bu barədə ciddi düşünməyə böyük ehtiyac var!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
31 Oktyabr 2025 15:16 Azərbaycan Universitetinin komandası ICPC-nin növbəti mərhələsinə vəsiqə qazanıb
29 Oktyabr 2025 15:39 Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Azərbaycan Universitetinin tələbələri ilə görüşüb
28 Oktyabr 2025 15:57 Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO
28 Oktyabr 2025 12:17 Şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq
27 Oktyabr 2025 15:23 Azərbaycan Universitetində maarifləndirici tədbir keçirilib
27 Oktyabr 2025 12:46 Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ!
27 Oktyabr 2025 10:01 Fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edildi
24 Oktyabr 2025 17:00 

Bakı -°C 






