Payız ayları...

Payız aylarında meyvələr daha çox olur. Xüsusilə də, alma, armud, nar, xurma, şatalı bu aylarda yaxşı yetişir və dadlı olur. Və buna heç kimin sözü yoxdu.
Amma camaatın sözü onadır ki, ötən daha ucuz olan üzüm, mandarin, naringi, limon indi baha qiymətə satılır. Onları rayonlarda fermerlər ucuz qiymətə satırlar, ha! Ancaq Bakıya gəlib çıxana qədər bu məhsullar əldən- ələ keçir və dəfələrlə qiymət artımı olur!
Məsələn Astaradan olan fermer Nazim Aslanov deyir ki, biz məhsulumuzun bir kiloqramın hazırda 40- 50 qəpiyə satırıq. Hətta bəzən mandarini, limonu ondan da ucuz veririk. Amma eşidirik ki, Bakıda onu ikiqat artıq qiymətə satışa çıxarırlar. Bax, bu ədalətsizlikdir.
Biz ilboyu əziyyət çəkib, qəpik- quruş qazanırıq, lakin işbazlar nə yoğurur, nə yapır, yaxşı pul qazanırlar.Göründüyu kimi, payız fəsli olsa da, bolluq yaransa belə yenə işbazlar meyvələrin qiymətlərinin aşağı düşməsinə imkan vermirlər və nəticədə aztəminatlı ailələrin büdcəsinə ziyan dəyir!
Emil Faiqoğlu
Digər Xəbərlər
30 Oktyabr 2025 14:20 Oturaq həyat tərzi hamiləliyə necə təsir göstərir? - “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssisindən cavab
30 Oktyabr 2025 14:18 Düzgün qidalanmayan hamilələrdə hansı problemlər yarana bilər? - Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir
28 Oktyabr 2025 16:04 COVİD-dən CANIMIZ QURTARMAMIŞDI Kİ,
27 Oktyabr 2025 13:01 İmmun sistemini dəstəkləyən qidalar - VİDEO
27 Oktyabr 2025 12:08 Bu yaşda olan qadınlar iki ildən bir müayinədən keçməlidir
27 Oktyabr 2025 11:37 TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq
24 Oktyabr 2025 11:17 "Bu xəstəlik ağciyərə mənfi təsir göstərir"
23 Oktyabr 2025 17:26 

Bakı -°C 






