Dərs başladı, Xırdalanda bərbad məktəb yolu yenə təmir edilmədi –FOTOLAR

Xırdalan şəhər 3 saylı məktəb-liseyin yolu illərdir ki, bərbad vəziyyətdədir.
Adalet.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə Xırdalanın ən prestijli məktəblərindən olan 3 saylı məktəb-liseyin yolunun bərbad vəziyyətdə olması utancvericidir. Amma nədənə aidiyyatı qurumlar buna susurlar.
Valideynlər bildirib ki, təxminən 200 metr uzunluğunda olan bu yolda yağışlı havalarda həm özləri, həm də övladları palçığa batırlar. Uşağını məktəbə maşınla gətirən valideynlərin bu yola daxil olaraq həm sıxlıq, həm də piyadaların gediş-gəlişinə mane olması isə başqa problemdir. Sakinlər aidiyyatı qurumlardan tezliklə yolun təmir edilməsini xahiş ediblər.
Qeyd edək ki, 2021-ci il fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəb-liseydə yaradılan şəraitlə tanış olublar. Dövlət başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

Bakı Xoreoqrafiya Akademiyası və ADA Universiteti arasında görüş keçirilib

DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi keçirildi - VİDEO

Nazirlə ICESCO-nun Baş direktoru Şuşa məktəbi və Qarabağ Universitetində - FOTOLAR

Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO

"İmtahanlarda ən aşağı nəticə coğrafiya fənni üzrə müşahidə olunur"

"XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək" - Məleykə Abbaszadə
