13 Avqust 2025 10:29
117
GÜNDƏM

"Jek"lər ləğv olunur?

Sovet dönəmində Mənzil İstismar Sahələrinin çox  böyük səlahiyyətləri var idi. Belə ki, həmin qurum mənzillərin təmir edilməsindən tutmuş , bəzi avadanlıqların dəyişdirilməsinə kimi imkanlara malik idi.

Hətta mənzillərə qeydiyyat məsələrini də " JEK" lər  Polisin pasport- masa rəisi ilə birgə icra edirdi. Və sakinlər bütün arayışları da həmin qurumdan alırdı və bu qurumun rəislərinin də böyük hörmət vardı. Amma son 15 ildə Mənzil İstismar İdarələrinin bütün hüquqları əlindən alınıb və sadəcə olaraq eləcə onun adı qalıb. Mənzil ekspert Arif Həsənov deyir ki, indiki dövrdə Mənzil İstismar Sahələrinə heç bir ehtiyac yoxdu.

Çünki onların heç bir səlahiyyətləri qalmayıb. Birmənalı olaraq artıq bu qurum tarixin arxivinə verilib. Ona görə də, başqa bir formada yeni qurum yaradılmalı və onlar sakinlərə xidmət etməlidir.Təbii ki, bu dövlət qurumu da ola bilər, özəl qurum da ! Heç şübhəsiz ki, bu barədə yaxın gələcəkdə zəruri addımlar atılacaq. Bircə qalır ki, həmin anı səbr edib, gözləmək!!!

Emil Faiqoğlu