Çimərlik mövsümü ilə əlaqədar yol polisi təhlükəsizlik tədbirləri görür...

Son bir neçə həftədə Bakıda havaların həddindən artıq isti keçməsi çimərliklərə insan axının artırıb.Demək olar ki, Şıx, Novxanı, Mərdəkan, Şüvəlan, Pirşağı çimərliklərinə gedənlərin sayı daha da çoxalıb. Bunlar hamısı normaldır. Amma normal olmayan odur ki, bəzi sürücülər çimərliyə gedərkən və qayıdarkən yol hərəkəti qaydalarını kobud surətdə pozur, digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradırlar.
Hətta elə sürücülər var ki, spirtli içkilər qəbul edirlər. Bu isə birmənalı olaraq kobud qayda pozuntusu deməkdir. Ona görə də Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Səbail, Binəqədi, Sabunçu, Xəzər rayonları ərazisində olan adını çəkdiyimiz yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün profilaktik tədbirlər keçirir. Bu tədbirlər hər gün olur, amma şənbə və bazar günləri çimərliklərə daha çox insan getdiyinə görə gecə saatlarına qədər davam edir. Həmin tədbirlər zamanı çoxlu sayda yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanır və təbii ki, onlar barəsində qanunamüvafiq tədbirlər görülür.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Toğrul Nəsirli deyir ki, havaların isti keçməsi yol- nəqliyyat hadisələrinin baş verməsinə də münbit şərait yaradır.Hadəsələrin təhlili göstərir ki, belə havalarda kondisionersiz avtomobilləri idarə edən sürücülər sükan arxasında yuxulayır və qəzalar törədir. Çimərliklərə gedən və qayıdan sürücülər də bir çox qanun pozuntusuna yol verirlər.
Ona görə də əməkdaşlarımız qabaqlayıcı tədbirlər görür, onları saxlayaraq maarifləndirici söhbətlər aparırlar. Əməkdaşlarımız onların nəzərinə çatdırır ki, spirtli içki qəbul edib, sükan arxasında əyləşmək olmaz.Bir qayda olaraq həm də yol polisi çimərliyə gedərkən çətin vəziyyətə düşən, texniki cəhətdən nasazlıq yaranan avtomobil sürücülərinə lazımi köməklik göstərir. Aydındır ki, yol polisinin hərəkət iştirakçıları ilə belə səmimi münasibətləri baş verə biləcək yol- nəqliyyat hadisələrinin qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edir. Bir daha sürücülərdən xahiş edirik ki, çimərliyə gedərkən yol hərəkəti qaydalarına əməl etsinlər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

ADSEA-nın kollegiyasının tərkibi təsdiqləndi

Ermənistanın ekskavatora atəş açılması iddiası ilə bağlı MN-dən AÇIQLAMA

Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilib
