Bişmiş toyuğun gülməyi gəlir...

İndi yerindən duran ya politoloq olur, ya sosialoq olur, ya da müxtəlif sahələr üzrə ekspert.
Burada qəribə heç nə yoxdu. Qəribə odur ki, bu adlarla televiziyalarda, sosial şəbəkələrdə, KİV- lər də çıxış edənlərin heç də hamısı savadlı deyil və danışanda o dəqiqə hiss edirsən ki, savadlı deyil, ağızlarını sanki əriştə yandırıb.
Nə nitq qabiliyyətləri var , nə də fikiri aydın ifadə etmək qabiliyyətləri. Amma haçan televizora baxırsan çox vaxt onları görmək olar.Eləcə də müxtəlif sahələr üzrə ekspertlər. Təhsildən xəbəri olmayan adamı təhsil üzrə ekspert kimi təqdim edirlər.
Ağızlarını açan kimi bilərsən ki, bu adam heç nə bilmir və sahədə " piyadadır". Bax belə "ekspertləri" görəndə bişmiş toyuğun gülməyi gəlir! Bir çox halda biz jurnalistlər belə savadsız adamları məşhurlaşdırırıq. Və onlar da məşhurlaşandan sonra gözləri ayaqlarının altını görmür və yekəxanalıqlarından yerə - göyə sığmırlar!
Emil Faiqoğlu
Digər Xəbərlər

"Qisas" antiterror əməliyyatından ÜÇ İL ÖTÜR

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşüb

Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..."

DİN-dən yenilik - Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - VİDEO
jpg-1754046435.jpg)
Bəlkə, ermənilər nə vaxtsa "adam" oldu, Zatulin, əsla!- Əntiqə Rəşid yazır

11 il əvvəlki qanlı avqust: 13 hərbiçinin şəhid olduğu döyüş

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur
