Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib - FOTOLAR

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Qara Qarayev prospekti 54, 56, 58, Nəsimi küçəsi 20, Rüstəm Rüstəmov küçəsi 3 və 5 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.
Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər səsləndirilmişdir. Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Digər Xəbərlər

Sahibə Qafarova Sərdar Ayaz Sadiqlə görüşdü

Pakistan Milli Assambleyasının sədri Zəfər parkını ziyarət edib - FOTOLAR

İlham Əliyev qəbul keçirdi - FOTOLAR

Azərbaycan regionda və bütün Avrasiya məkanında sabitləşdirici qüvvədir

XİN rəhbərliyi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı
