30 May 2025 09:15
186
MƏMLƏKƏT

Biz növbə gözləyə bilmirik...

Başqa millətləri deyə bilmərik, amma biz çox səbrsizik.

Və hətta o qədər səbrsizik ki, növbə də gözləyə bilmirik .Aramızda bəlkə də növbə gözləyənlər var, ancaq növbə gözləməyənlər  növbə gözləyənlərdən  dəfələrlə  çoxdur. Adicə metroya düşüb, karımıza pul yükləyəndə  tez növbədənkənar aparata yaxınlaşır və kartımızı  yükləyirik! Yaxud da, marketdə kassada pul ödəyib, qəbz alanda, avtobusa və metro qatarına minənədə  ağına- bozuna baxmadan özümüzü içəri dürtürük.

Ta düşünmürük ki, bizdən əvvəl nə qədər adam vardı.Başqa millətlər necə eləyir- eləsin, ancaq biz  növbə gözləməyə öyrəşə bilmirik, ey qardaş! Hər gün xəstəxanalarda  növbədir. Hamı da növbə gözləməkdən bezib. Biri üç saat növbə gözləyir, görürsən ki, ya həkim , ya da tibb  bacısı tanışını camaatın arasında keçirib içəri salır. Kimsə də , narazılıq edəndə deyirlər ki, o adam xəstə deyil, elə belə yanımıza gəlib.  Bax belə!

Emil Faiqoğlu