23 May 2025 08:34
83
AVTOMABİL

Piyada zolaqlarında diqqətli olun...

Hər bir piyada yolu keçərkən diqqətli olmalıdır. Yəni təyin olunmuş yerlərdən- yeraltı, yerüstü keçidlərdən və piyada zolaqlarından  istifadə edilməlidir.

Ən təhlükəsizi  yeraltı və yerüstü keçidlərdir! Çünki burda piyadanın həyatı üçün heç bir  təhlükə  yoxdur!  Amma piyada zolaqlarından keçərkən bəzi sürücülər onlar yol vermir, hərəkət iştirakçılarının həyatı üçün böyük təhlükə yaradırlar. Hansı ki, uzaqdan piyadanın keçməsi üçün yol nişanı olur.

Təəssüf ki, bayaq dediyimiz kimi bəzi sürücülər piyada  zolaqlarında avtomobili saxlamır, hətta yolu keçən adamı vurur. Biz bir neçə dəfə bu zolaqlarda piyadanın vurulmasının şahidi olmuşuq.Bir çox halda isə piyada zolağında avtomobili saxlayıb, piyadaya yol  verən  sürücünün masınını arxadan gələn avtomobil vurub.

Bu nə deməkdir? Bu, birmənalı olaraq sürücü məsuliyyətsizliyidir. Ona görə də piyadalar bu zolaqlardan keçərkən diqqətli olmalı, sürücünün onu gözlədiyinə  tam əmin olandan sonra  təyin olunmuş yerdən keçməlidir. Belə olarsa, məsuliyyətsiz sürücülərin  təhlükəsindən çıxış yolu tapa biləsiniz!

Emil Faiqoğlu