16 May 2025 20:49
148
MARAQLI

Dünya bizdən küsüb...

Bu yaşa çatmışam, hələ builki  kim yaz havası görməmişəm! Biz təbiətin başına min oyun açmışıq və indi də  təbiət ona vurduğumuz ziyana  görə, bizdən qisas alır!  Həqiqətən də bu yazı biz heç hiss eləmədik.

Hər  gün yağış, leysan , külək... Hələ qarı demirik ha! Onu da desək, bu yazdan hamı əlin üzər! Və yaz beləcə, qışa oxşayır, bizdən uzaqlaşır! Ümid ta  yaya qalıb. Heç olmasa, yay bu yaza oxşamasın və ötən illərin yayına bənzəsin!

Beləcə günlər, aylar ötəcək biz yenidən   gözəl yaz  fəsili ilə  görüşəcəyik. Amma gərək dünyanı özümüzdən küsdürməyək!  Dünya bizdən küssə də, əsas odur ki, biz dünyadan küsməyək!!!

Emil  Faiqoğlu