Şuşaya yeni sürət yolu çəkilir - VİDEO
Zəfər yolundan əlavə olaraq Şuşa şəhərinə əlavə yol çəkilir.
Adalet.az xəbər verir ki, bunu REAL tv-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.
Onun sözlərinə görə, bu yol Zəfər yolundan fərqli olaraq enişli-yoxuşlu deyil, tunel və körpülərlə inşa ediləcək.
"4 zolaqlı yol təhlükəsiz və sürətli olacaq. Yeni yolun Daşaltıdan Şuşaya keçən hissəsində tunel inşa ediləcək ki, həmin tunel vasitəsilə İsa bulağına təhlükəsiz keçid olsun. Bu tunel Laçın dəhlizinin altından keçməklə İsa bulağı istiqamətində olacaq. Tunel həmçinin Şuşa şəhərinə də gedişi təmin edəcək", - deyə sərd müavini qeyd edib.
Digər Xəbərlər
31 Oktyabr 2026 11:09
Şahdağa qar yağıb - Faktiki hava
31 Oktyabr 2026 00:08
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - VİDEO
30 Oktyabr 2026 17:13
Paytaxtın hansı ərazilərində evlər sökülə bilər? - AÇIQLAMA
30 Oktyabr 2026 16:04


Bakı -°C

