12 May 2025 18:35
126
AVTOMABİL

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Adalet.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 7. Babək prospekti, mərkəz istiqamətində;

 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

13. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

16. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

17. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

18. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

19. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

20. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

21. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.