Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib.
Adalet.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb.
O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib.
Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük "Vətən müharibəsi" iştirakçısıdır. O, "Şuşanın azad olunmasına görə," Xocavəndin azad olunmasına görə"," Füzulinin azad olunmasına görə "," Zəfər " və" Vətən müharibəsi iştirakçısı "medalları ilə təltif edilib.
Adil Xudadatov isə daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.
Digər Xəbərlər

Mir Şahinin Vaxtı - VİDEO

ATİAHİ tərəfindən 308 tələbəyə “Adlı təqaüd” təqdim olunub - FOTOLAR

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir? - Rəsmi açıqlama

Zəvvarların növbəti qrupu Həcc ziyarətinə bu tarixdə yola düşəcək

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik

Deputat Azərbaycanda yeni Kəbənin yaradılmasını təklif edib
