Su polisi Xəzər dənizində brokonyerlik edən iki nəfəri saxladı

DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.
Adalet.az xəbər verir ki, idarə əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Suraxanı rayonu Qum adası adlanan ərazidə qanunsuz balıq ovu ilə məşğul olan 48 yaşlı Həşim Göyçayev və əvvəllər məhkum olunmuş 41 yaşlı Natiq İsgəndərov saxlanılıblar.
Baxış zamanı onlardan 195 ədəd qanunsuz olaraq ovladıqları balıq, kustar üsulla hazırlanan ov alətləri, xüsusi mühərriklə təchiz edilən qayıq aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Digər Xəbərlər

Bakıda itkin düşən kişi qətlə yetirilib - arvadı tutuldu

Daha bir "TikTok"er həbs olundu

Ölkəyə narkotik vasitələr gətirən “TIR” sürücüsü həbs edildi - VİDEO

Bakıda qətl - Yeniyetmə saxlanıldı

Tovuzdakı dəhşətli qətlin təfərrüatları - VİDEO

Yasamalda baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb

Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi
