Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
Xəzərin Pirşağı sahilində suiti cəsədləri aşkarlanıb...
Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, cəsədlərə sahilboyu müxtəlif ərazilərdə rast gəlinir. Qarşımıza çıxan suiti cəsədləri ətrafa kəskin və xoşagəlməz qoxu yayırdı.
Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini deyir ki, Xəzər dənizinin sahillərində suiti cəsədləri aşkarlanmasının bir neçə səbəbi ola bilər.
Elşən Məcidovun sözlərinə görə, suitilərin ölümünün dəqiq səbəbi ekspertiza və laborator müayinələrdən sonra müəyyən edilə bilər. Xəzər suitisi endemik və qorunan növ olduğundan, sahilyanı ərazilərdə bu istiqamətdə monitorinqlər aparılır. Vətəndaşlara isə Xəzər suitilərinin cəsədləri ilə qarşılaşdıqları halda onlara toxunmamaları tövsiyə olunur.
Digər Xəbərlər
31 Oktyabr 2026 11:09
Şahdağa qar yağıb - Faktiki hava
31 Oktyabr 2026 00:08
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - VİDEO
30 Oktyabr 2026 17:13
Paytaxtın hansı ərazilərində evlər sökülə bilər? - AÇIQLAMA
30 Oktyabr 2026 16:04


Bakı -°C

