“Sovetski”də tarixi binalar sökülür? - RƏSMİ CAVAB
Müxtəlif KİV-lərdə keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlarla bağlı açıqlama verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, qeyd edilən ərazidə rəsmi dövlət reyestrinda olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb.
“Hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə, söküntü sözügedən binada deyil ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub.
Sonda bir daha media qurumlara müraciət edərək xahiş edirik ki, yalnız dəqiqləşdirilmiş məlumatları yaysınlar. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir”, - məlumatda vurğulanıb.
Digər Xəbərlər
02 Noyabr 2025 19:10
“Buna görə hüquq-mühafizə orqanlarına qarşı çirkin kampaniya aparırlar…”
02 Noyabr 2025 17:02
Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb
02 Noyabr 2025 16:52
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib
02 Noyabr 2025 15:46
Abonentlər niyə pul ödəmək istəmir?!
01 Noyabr 2025 17:21
Hikmət Hacıyev "Zəngəzur dəhlizi"ndən foto paylaşdı
01 Noyabr 2025 14:32
Nazir Vilayət Eyvazov növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR + VİDEO
01 Noyabr 2025 14:23
Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı”: Geniş həbslər Bu Tarixdən BAŞLANACAQ
01 Noyabr 2025 10:46


Bakı -°C

