"Sosial mediada İranın xain dron hücumu barədə manipulyativ fikirlər yayılır" - Komissiya
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası ərazisindən olunan PUA hücumlarına dair Bəyanat qəbul edib.
Adalet.az xəbər verir ki, bəyanatda deyilir:
“2026-cı il martın 5-də Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən partlayan döyüş başlığı ilə təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirilib.
PUA-lardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını zədələyib, digəri isə Babək rayonunun Şəkərabad kəndində orta məktəb binasının yaxınlığına düşüb. Hücumlar zamanı dörd nəfər mülki şəxsin xəsarət aldığı müəyyən edilib.
Muxtar Respublikanın yeganə beynəlxalq hava qapısı olan Hava Limanının və mülki infrastrukturun hədəfə alınmasını beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, dövlətimizin ərazi bütövlüyü və suverenliyinə yönəlmiş qəsd və terror aktı kimi qiymətləndiririk.
Komissiya İran tərəfindən həyata keçirilən, özündə hərbi, siyasi və informasiya komponentlərini birləşdirən bu xain hərəkəti həm də hibrid hücum əməliyyatı hesab edir. Eyni zamanda, Azərbaycanın sosial media seqmentində İranın bu fəaliyyətini dəstəkləyən informasiya kampaniyasının aparıldığı və manipulyativ fikirlərin yayıldığı müşahidə olunur.
Bu hücumların vətəndaşlarımız arasında çaşqınlıq və qorxu yaratmaq, müvafiq dövlət qurumlarına olan etimadı sarsıtmaq, Azərbaycanın regional mövqeyinə və beynəlxalq nüfuzuna zərər vurmaq məqsədilə edildiyi şübhə doğurmur.
Azərbaycan tərəfi beynəlxalq hüquq çərçivəsində müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı və xaricdə yaşayan soydaşlarımızı dövlətimizin gücünə və rəsmi məlumatlara inanmağa çağırır”.
Digər Xəbərlər
07 Mart 2026 20:00
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
07 Mart 2026 19:37
Bayramov İstanbulda Hakan Fidanla görüşdü - YENİLƏNİB
07 Mart 2026 19:03
Liviya Prezident Şurasının Sədri İlham Əliyevə zəng etdi
07 Mart 2026 17:01
Albaniya Prezidenti İlham Əliyevə zəng etdi
07 Mart 2026 16:45
XİN-dən Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA
07 Mart 2026 12:16
“Tramp yaxşı anlayır ki, Rusiya da İran kimi ABŞ-nin qlobal rəqiblərindən...”
07 Mart 2026 11:33
Türkmənistan Naxçıvana dron hücumu ilə bağlı narahatlığını bildirdi
07 Mart 2026 11:14


Bakı -°C

