Səhiyyə Nazirliyi etibarlı dərmanları necə təsdiq edir?

“Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası onların dövlət reyestrinə daxil edilməsini və Azərbaycan Respublikasında istehsalına, idxalına və tətbiqinə icazə verilməsini nəzərdə tutan tədbirlər sistemidir. Dərman vasitələri dövlət reyestrinə həmçinin sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən daxil edilir”.
Adalet.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı-ekspertiza şöbəsinin müdir müavini Azər Həsənov Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində səsləndirib.
Onun sözlərinə görə, bununla yanaşı, sistem həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən risk dərəcəsi daha yüksək, yüksək və orta kimi səciyyələndirilən tibb vasitələrinin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutur: “Eyni qaydalar tibb vasitələrinin Azərbaycanda sənaye üsulu ilə istehsalına, idxalına və tətbiqinə icazə verilməsini də nəzərdə tutur. Bütün bu tədbirlər sistemi “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8.-ci maddəsinə əsasən tənzimlənir”.
A.Həsənov həmçinin bildirib ki, dərman vasitələrinin qeydiyyata alınması məqsədilə aparılan ekspertizası aşağıdakı mərhələlərdən ibarətdir:
“İlkin ekspertiza dərman vasitəsinin dövlət qeydiyyatının məqsədəuyğunluğu və ona dair qeydiyyat sənədlərinin tamlığı barəsində məlumat verilməsi üçün keçirilir. İxtisaslaşdırılmış ekspertiza isə dərman vasitəsinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyini yoxlamaq məqsədilə dərman vasitəsinin qeydiyyat sənədlərinin ekspertizasıdır. Sonda dərman vasitəsinin keyfiyyətinin, effektivliyinin və təhlükəsizliyinin qiymətləndirilməsi üzrə aparılmış tədqiqatların nəticələri nəzərə alınmaqla, ərizəçiyə dərman vasitəsinə dair ekspertiza rəyi təqdim edilir”
Digər Xəbərlər
30 Oktyabr 2025 14:20 Oturaq həyat tərzi hamiləliyə necə təsir göstərir? - “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssisindən cavab
30 Oktyabr 2025 14:18 Düzgün qidalanmayan hamilələrdə hansı problemlər yarana bilər? - Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir
28 Oktyabr 2025 16:04 COVİD-dən CANIMIZ QURTARMAMIŞDI Kİ,
27 Oktyabr 2025 13:01 İmmun sistemini dəstəkləyən qidalar - VİDEO
27 Oktyabr 2025 12:08 Bu yaşda olan qadınlar iki ildən bir müayinədən keçməlidir
27 Oktyabr 2025 11:37 TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq
24 Oktyabr 2025 11:17 "Bu xəstəlik ağciyərə mənfi təsir göstərir"
23 Oktyabr 2025 17:26 

Bakı -°C 






