Sea Breeze ərazisində ilk CineMastercard açılacaq
Şəhər-kurort Sea Breeze və CineMastercard kinoteatrlar şəbəkəsi Venetian Harbour kompleksində Sea Breeze ərazisində ilk çoxzallı CineMastercard kinoteatrının açılması ilə bağlı müqavilə imzalayıb. Yeni kinoteatr filmlərin nümayişi üçün müasir texnologiyalarla təchiz olunacaq. Sazişi Sea Breeze şirkətinin kommersiya icarəsi üzrə direktoru Elbəy Rzayev və CineMastercard kinoteatrlar şəbəkəsinin Baş direktoru Zaur Darabzadə imzalayıblar.
Adalet.az xəbər verir ki, Kinoteatr Halfmoon yarımadasının yaxınlığında inşa edilən Venetian Harbour ticarət və ictimai kompleksinin sahilyanı davamı olan Marina Venetian Harbour-un bir hissəsi olacaq. Layihə beynəlxalq brendlərin butikləri, restoranlar və istirahət məkanlarının yerləşəcəyi dənizkənarı mini-şəhər konsepsiyası əsasında hazırlanıb. Kompleksdə küçələr, xiyabanlar, meydanlar, daxili həyətlər və terraslardan ibarət iki səviyyəli piyada infrastrukturu nəzərdə tutulub.
Ümumi icarəyə verilə bilən sahəsi 24 430 kv. metr olan Venetian Harbour memar Sergey Çobanın layihəsi əsasında inşa edilir. Kompleksin əsas memarlıq elementlərindən biri mayak qülləsi olacaq. Qüllənin ətrafında restoranların və yaşıllıq zonalarının yerləşəcəyi açıq meydanlar salınacaq.
CineMastercard Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biridir və Bakı ilə yanaşı, ölkənin digər şəhərlərində fəaliyyət göstərən 11 kinoteatrı birləşdirir. Müasir texnoloji avadanlıqlar tamaşaçılara filmləri dünya premyeraları ilə eyni vaxtda izləməyə imkan verir. Bundan əlavə, yalnız CineMastercard kinoteatrlarında unikal Skybox zalları, xüsusi qonaqlar üçün iki VIP DIAMOND zalı, həmçinin ən yeni 4DX və ScreenX texnologiyaları təqdim olunur.
Digər Xəbərlər
31 Oktyabr 2026 13:04
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
30 Oktyabr 2026 18:45
Leyla Əliyeva Payız festivalında - FOTOLAR
29 Oktyabr 2026 22:00
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTOLAR
29 Oktyabr 2026 21:38
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib
29 Oktyabr 2026 13:32
Həmkarını gül yağışına tutan aktrisa
29 Oktyabr 2026 12:49
“İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28 Oktyabr 2026 12:58
Bakıda “Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisi açıldı - FOTOLAR
28 Oktyabr 2026 12:31


Bakı -°C

