"Şamaxinka"da ilk dəfə svetoforlar istifadəyə verildi - FOTO
Bakının Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində ilk dəfə svetoforlar istifadəyə verilib.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, "Şamaxinka" adlanan yol sahəsi artıq svetoforla tənzimlənir. Hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.
İstifadəyə verilən yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilib.
Digər Xəbərlər
07 Mart 2026 17:57
Axşam saat 22- dən sonra...
07 Mart 2026 12:43
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18


Bakı -°C

