Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Fırtına Su Sistemləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Adalet.az xəbər verir ki, "Fırtına Su Sistemləri" MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir.
Qeyd edək ki, müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur.
Digər Xəbərlər
02 Noyabr 2025 10:31 İçərişəhərdə Zeytun Festivalı davam edir - FOTOLAR
31 Oktyabr 2025 19:20 Deyirlər pambıq sahələrdə qalıb...
31 Oktyabr 2025 17:13 Noyabrda bəzi yerlərdə havanın temperaturu 0-a enəcək
31 Oktyabr 2025 16:02 Bakıda niyə hər adam mənzil ala bilmir?
31 Oktyabr 2025 13:39 Qorxan gözə çöp düşər...
31 Oktyabr 2025 12:04 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
30 Oktyabr 2025 14:14 

Bakı -°C 











