Sabah maqnit qasırğası gözlənilir

Günəşdəki koronal dəliklərlə əlaqədar 23-24 iyul tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası öz teleqram kanalında məlumat yayıb.
“Sabah - çərşənbə günü ərzində nisbətən uzunmüddətli geomaqnit qasırğalarının baş verməsi mümkündür. Pik nöqtəsində isə birinci - minimalsəviyyəli zəif maqnit qasırğası qeydə alına bilər. İyulun 24-ü də maqnit qasırğalarının baş vermə ehtimalı yüksək olaraq qalır”, - məlumatda bildirilib.
Qeyd olunub ki, maqnit qasırğalarının səbəbi hazırda təxminən Günəş–Yer xətti üzərində yerləşən orta ölçülü tac dəliyidir.
Digər Xəbərlər

Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü

Ağdam və Ağdərədə yanğın başlayıb - Helikopterlər cəlb olunub

Mərdəkanda bir nəfər dənizdə batdı
